AZ

Taksilərlə bağlı qaydalar dəyişdi?

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) son günlər taksi sahəsi ilə bağlı mediada yayılan məlumatlara aydınlıq gətirib.

AYNA-dan Publika.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin 7 aprel tarixində verdiyi 210 nömrəli sərəncam yalnız sifarişli qeyri-müntəzəm sərnişindaşımalar sahəsinə aiddir və taksi sahəsini əhatə etmir.

Qeyd edilib ki, sərəncamda da 2 ay müddətində Nazirlər Kabinetinə veriləcək təkliflər məhz qeyri-müntəzəm sərnişindaşıma ilə bağlıdır və bununla əlaqədar texniki göstəricilər, daxili və xarici tərtibata dair tələblərin müəyyən edilməsini nəzərdə tutur.

Seçilən
19
15
publika.az

10Mənbələr