ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
“Vikipediya”nın Azərbaycan dili bölməsində yer alan “qondarma Laçın Kürd Respublikası” adlı məqalə Azərbaycan “Vikipediya” icmasının səsvermə qərarı ilə silinib.Məqalə 2021-ci ilin avqust ayında könüllü istifadəçi tərəfindən yaradılmışdı.Xatırladaq ki, son günlər bu məsələ sosial şəbəkələrdə, xüsusilə TikTok platformasında müzakirələrə səbəb olmuşdu.Qeyd edək ki, “Vikipediya” könüllülər tərəfindən idarə olunan açıq platformadır və burada məqalələr bütün təbəqələr tərəfindən olan istifadəçilər tərəfindən yaradılır, redaktə edilir və zənginləşdirilir.Dünyanın heç bir ölkəsində Elmlər Akademiyaları “Vikipediya”da gedən məlumatlar üçün heç bir cavabdehlik daşımır.Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.