AZ

Sürücü sığorta şirkəti seçərkən ilk növbədə nəyə diqqət etməlidir? Akif Nəsirlidən açıqlama

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycanda son bir ildə ən çox şikayət edilən sığorta şirkətləri məlum olub. Bizimyol.info xəbər verir ki, ən çox şikayət edilən sığorta şirkətləri sırasında ilk üçlükdə “Xalq Sığorta”, “Meqa Sığorta” və “Atəşgah Sığorta” yer alıb. Belə ki, bu ilin mart ayı üzrə avtomobillərin icbari sığortası üzrə ən çox şikayət olunan sığorta şirkəti 2,08 bəndlə “Xalq Sığorta”olub. “Meqa Sığorta” 1,38 bəndlə siyahıda ikinci olub. Şikayətlərin həcminə görə “Atəşgah Sığorta” da 1,30 bəndlə qırmızı zonada qərarlaşıb.Vətəndaşların sığorta şirkətlərindən narazı qalmasının əsas iqtisadi səbəbləri nələrdir?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, sürücülər daha çox sığorta ödənişlərinin gecikdirilməsindən və ya zərərin tam qarşılanmamasından şikayət edirlər: “Azərbaycanda son bir ildə ən çox şikayət edilən sığorta şirkətləri müəyyən edilib. Bu ilin mart ayı üzrə avtomobillərin icbari sığortası sahəsində ən çox şikayət olunan şirkət “Xalq Sığorta” olub. Daha sonra “Meqa Sığorta” şikayət göstəricilərinə görə ikinci yerdə qərarlaşıb. Şikayətlərin sayına görə “Atəşgah Sığorta” da yüksək göstərici ilə qırmızı zonada yer alıb.

Sürücülər daha çox sığorta ödənişlərinin gecikdirilməsindən, hadisə sonrası zərərin tam və ya vaxtında qarşılanmamasından şikayət edirlər. Eyni zamanda sənədləşmə prosesinin çətin və uzun olması, qiymətləndirmənin ədalətli aparılmaması və xidmət mərkəzlərində növbələrin çoxluğu da narazılıq yaradır. Bəzi hallarda isə müraciətlərə gec cavab verilməsi və məlumatlandırmanın zəif olması da əsas problemlər kimi qeyd olunur”.

Sürücü sığorta şirkəti seçərkən ilk növbədə nəyə diqqət etməlidir?

“Sürücülər sığorta şirkəti seçərkən ilk növbədə şirkətin ödənişləri vaxtında edib-etmədiyinə və müştəri şikayətlərinə necə yanaşdığına diqqət etməlidirlər. Şirkətin reputasiyası və istifadəçi rəyləri də vacib göstəricidir. Müqavilə şərtləri aydın olmalı, gizli ödənişlər və ya anlaşılmaz bəndlər olmamalıdır. Hadisə zamanı dəstək xidməti sürətli və əlçatan olan şirkətlər daha etibarlı sayılır. Qiymət tək meyar olmamalı, xidmət keyfiyyəti ilə birlikdə dəyərləndirilməlidir”-deyə Akif Nəsirli qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
bizimyol.info

1Mənbələr