AZ

Stenford Universiteti Rusiyada “arzuolunmaz” təşkilat elan edildi

ain.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.

Rusiya Ədliyyə Nazirliyi Stenford Universitetini “arzuolunmaz” təşkilatlar reyestrinə əlavə edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə nazirliyin veb saytında məlumat verilib.

Bildirilib ki, Baş Prokurorluq qərarı martın 26-sı verib. Həmin vaxt qərar ictimaiyyətə açıqlanmayıb.

Qeyd edək ki, Stenford Universiteti dünyanın ən yaxşı beş universiteti arasındadır. Onun arzuolunmaz təşkilat kimi təyin edilməsi, digər məsələlərlə yanaşı, istənilən Rusiya universitetləri arasında birgə tədqiqat layihələrini qadağan edir.

Xatırladaq ki, daha öncə Yel Universiteti, Berkli Kaliforniya Universiteti və Corc Vaşinqton Universiteti də daxil olmaqla, digər aparıcı Amerika universitetləri “arzuolunmaz” təşkilatlar reyestrinə əlavə edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
1
yeniavaz.com

2Mənbələr