AZ

Gözlər İSLAMABADDA: ABŞ-İran danışıqları ilə bağlı SON DƏQİQƏ

İslamabaddakı Məhəmməd Əli Cinnah adına Konfrans Mərkəzi ABŞ və İran arasında keçiriləcək danışıqları işıqlandıracaq jurnalistlərin yerləşdirilməsi üçün tam hazır vəziyyətə gətirilib.

Musavat.com xəbər verir ki, Pakistanın təhlükəsizlik xidmətlərindəki mənbənin TASS-a verdiyi məlumata görə, nümayəndə heyətlərinin görüşü isə fərqli bir məkanda planlaşdırılır.

Bundan əvvəl Pakistanın dövlət telekanalı PTV konfrans mərkəzindən görüntülər yayaraq, "tarixi İslamabad danışıqları üçün hər şeyin hazır olduğunu" bildirib.

Son məlumatlara görə, tərəflər arasında görüş Pakistanın baş naziri Şahbaz Şərifin iqamətgahında və ya İslamabaddakı "Serena" hotelində baş tuta bilər.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp aprelin 7-də İranla 2 həftəlik qarşılıqlı atəşkəs elan edildiyini açıqlayıb. O, tərəflərin demək olar ki, bütün mübahisəli məsələləri həll etdiyini və Vaşinqtonun Tehranın 10 bəndlik təkliflərini "işçi əsas" kimi nəzərdən keçirdiyini qeyd edib.

İran tərəfi isə öz növbəsində ölkəyə zərbələr endirilməyəcəyi təqdirdə "müdafiə hücumlarını" dayandırmağa razılıq verib.

Tərəflər arasında vasitəçilik edən Pakistan baş naziri onları İslamabada dəvət edib. Görüşün şənbə günü başlaması və bir neçə gün davam etməsi gözlənilir.

Musavat.com

Seçilən
20
7
musavat.com

7Mənbələr