GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Dağıstanın hazırkı rəhbəri Sergey Melikov yaxın aylarda vəzifəsindən gedə bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə “Vedomosti” və “RBC” qəzetləri məlumat verib.
Dağıstanlı ictimai-siyasi blogger Rəsul Maazov bildirib ki, Melikov artıq istefa ərizəsi verib, lakin bu məlumat rəsmi təsdiqlənməyib. Mənbələrə görə, istefa qərarı daşqınlardan əvvəl verilib.
Prezidentin Uzaq Şərq Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsinin müavini Maqomed Ramazanov bu vəzifəyə əsas namizəd kimi nəzərdən keçirilir.
Aprel ayında o, Dağıstanda daşqınların aradan qaldırılması ilə bağlı Vladimir Putinlə görüşdə iştirak edib və bundan sonra Putin onu bölgədə işləməyə dəvət edib.
“The Insider” Dağıstan əsilli Maqomed Ramazanovun FSB-nin İqtisadi Təhlükəsizlik Xidmətinin “K” şöbəsinin keçmiş əməkdaşı olduğunu müəyyən edib. Nəşr qeyd edir ki, Dağıstan ənənəvi olaraq çətin bölgə hesab olunur və son illərdə ona təhlükəsizlik qüvvələrinin nümayəndələri rəhbərlik edir.
Tahir Turan
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.