AZ

İtaliya millisinin yeni baş məşqçisi müəyyənləşdi - RƏSMİ

İtaliya millisinin müvəqqəti baş məşqçisi müəyyən olub.

Fanat.Az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyası məlumat yayıb.

Yığma hazırda U-21 millisinə rəhbərlik edən Silvio Baldiniyə tapşırılıb. 67 yaşlı mütəxəssislə iyun ayına kimi nəzərdə tutulan müqavilə imzalanıb. O, bu vəzifədə Cennaro Qattuzonu əvəzləyib.

Qeyd edək ki, Qattuzo İtaliya millisinin DÇ-2026-nın pley-off finalında Bosniya və Herseqovinaya uduzaraq mübarizəni dayandırmasından sonra istefaya göndərilmişdi.

Seçilən
19
7
fanat.az

8Mənbələr