AZ

ABŞ-İran nümayəndə heyətlərinin tərkibi məlum oldu: Pakistandakı danışıqlarda kimlər iştirak edir? - FOTO

“Anadolu” agentliyinin yaydığı məlumata görə, Pakistanda keçirilən danışıqlarda iştirak edən ABŞ və İran nümayəndə heyətlərinin tərkibi açıqlanıb.

Musavat.com xəbər verir ki, tərəflər yüksək səviyyəli rəsmilərlə təmsil olunurlar.

ABŞ nümayəndə heyəti:

  • Cey Di Vens – ABŞ-ın vitse-prezidenti;

  • Stiv Uitkoff – Yaxın Şərq üzrə xüsusi elçi;

  • Cared Kuşner – Prezidentin baş müşaviri;

  • Admiral Bred Kuper – ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) komandanı.

İran nümayəndə heyəti:

  • Abbas Əraqçi – İranın xarici işlər naziri;

  • Məhəmməd Baqir Qalibaf – İran parlamentinin sədri;

  • Məcid Taxt-Ravançi – İranın BMT-dəki daimi nümayəndəsi;

  • Məhəmməd Baqir Zolqədr – İranın müdafiə nazirinin müavini.

Pakistan nümayəndə heyəti (Ev sahibi):

  • Şahbaz Şərif – Pakistanın Baş naziri;

  • General Asim Munir – Pakistan Quru Qoşunlarının komandanı;

  • İshaq Dar – Pakistanın xarici işlər naziri;

  • Məhəmməd Asim Malik – Pakistanın milli təhlükəsizlik müşaviri.

Qeyd edək ki, bu görüş regiondakı gərginliyin azaldılması və diplomatik kanalların bərpası baxımından mühüm əhəmiyyət kəsb edir.

Musavat.com

Seçilən
33
29
musavat.com

10Mənbələr