AZ

“OpenAI“ rəhbərinin evinə “Molotov kokteyli“ atılıb

Moderator.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"OpenAI" şirkətinin baş direktoru Sem Altmanın ABŞ-nin San-Fransisko şəhərindəki evinə naməlum şəxs tərəfindən "Molotov kokteyli" atılıb.

Moderator.az "The Guardian"a istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Hadisə gecə saatlarında Raşen-Hill rayonunda baş verib. Şübhəli saxlanılıb, lakin kimliyi açıqlanmır. Bildirilir ki, o, daha əvvəl də "OpenAI"nin qərargahına qarşı təhdidlər səsləndirib.

Məlumata görə, atılan yandırıcı qurğu evin yaxınlığına düşsə də, tezliklə sönüb. Hadisə nəticəsində xəsarət alan olmayıb, maddi ziyan isə cüzi qiymətləndirilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
1
moderator.az

2Mənbələr