AZ

Ötən ay kanalda batan gəncin meyiti TAPILDI - FOTO

Mart ayının 3-də Yuxarı Şirvan kanalının Göyçay rayonu ərazisindən keçən hissəsində batan və bir aydan çoxdur ki, axtarışları davam edən şəxsin meyiti tapılıb.

Bakıvaxtı.az qafqazinfo-ya istinadən xəbər verir ki, 1995-ci il təvəllüdlü Abdullayev Zamin Elşad oğlunun meyiti FHN-nin Aran Dalğıc Axtarış Qrupu tərəfinfdən az öncə tapılaraq sahilə çıxarılıb.

Meyit aidiyyati üzrə təhvil verilib.

Faktla bağlı Göyçay rayon prokurorluğunda araşdırma başlanılıb.

Seçilən
14
8
bakivaxti.az

9Mənbələr