AZ

Misli Premyer Liqasında XXVII tur

Dünən Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura start verilib. Günün yeganə oyunu Yevlaxda keçirilib. Gəncənin “Kəpəz” komandası “Karvan-Yevlax”ın qonağı olub. Qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Yevlax təmsilçisinin qollarını 38, 45+1 və 90+4-cü dəqiqələrdə Rauf Rüstəmli, 65-ci dəqiqədə Eltun Turabov vurub.

Gəncə komandasının heyətində 48-ci dəqiqədə Fərid Nəbiyev fərqlənib.

Turnir cədvəlində Gəncə təmsilçisi 21 xalla 10-cu, Yevlax klubu isə 11 xalla sonuncu – 12-ci pillədə yer alıb.

Qeyd edək ki, XXVII turun digər oyunları aprelin 11-12-də keçiriləcək.

Qabil YUSİFOĞLU
XQ

Seçilən
36
xalqqazeti.az

1Mənbələr