AZ

Minab məktəblilərini də özü ilə danışıqlara “apardı” Fotolar

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Minabda həlak olan uşaqların əşyaları İran parlamentinin sədri Məhəmməd Baqer Qalibafı Pakistana aparan təyyarədə nümayiş etdirilib.

“Qafqazinfo” xəbər verir ki, parlament sədri “X” hesabında “Bu uçuşda mənimlə olan yoldaşlarım” başlığı ilə həmin uşaqlarla bağlı fotonu paylaşıb.

Məlumata görə, İranın cənubundakı Minab şəhərində ABŞ-İsrail zərbələri nəticəsində həlak olan ibtidai sinif şagirdlərinə aid çantalar hücum nəticəsində dağılan binanın qalıqları altından çıxarılıb və təyyarədəki bir sıra oturacaqlara yerləşdirilib.

Bu addımın faciənin miqyasını və mülki itkiləri diqqətə çatdırmaq məqsədi daşıdığı bildirilir.

Xatırladaq ki, Minab şəhərində yerləşən ibtidai məktəbə edilən zərbə nəticəsində çox sayda uşaq həyatını itirib.

Qeyd edək ki, İran nümayəndə heyəti ABŞ ilə danışıqlar aparmaq üçün Pakistanın paytaxtı İslamabada gedib. Nümayəndə heyətinə İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf, xarici işlər naziri Seyid Abbas Əraqçi, Ali Milli Təhlükəsizlik Şurasının yeni katibi Məhəmməd Baqer Zülqədr və xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi daxildir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
65
qafqazinfo.az

1Mənbələr