AZ

Tramp: ABŞ Macarıstanı dəstəkləmək üçün iqtisadi gücündən istifadə etməyə hazırdır

BAKI, 11 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Macarıstanı dəstəkləmək üçün bütün iqtisadi imkanlarını səfərbər etməyə hazır olduğunu bildirib.

Teleqraf xəbər verir ki, o, bu barədə “Truth Social” platformasında paylaşım edib.

Tramp qeyd edib ki, əgər Macarıstanın Baş naziri Viktor Orban və ölkə xalqı buna ehtiyac duysa, Vaşinqton iqtisadi dəstək göstərməyə hazırdır. O vurğulayıb ki, ABŞ Macarıstanın gələcək rifahına investisiya yatırmaq niyyətindədir.

Qeyd edək ki, Tramp daha əvvəl parlament seçkiləri ərəfəsində Viktor Orbanın siyasətini dəstəklədiyini bildirmişdi. ABŞ-nin vitse-prezidenti Cey Di Vens də Budapeştə səfəri zamanı Orbanın seçkilərdə uğur qazanmasını arzulamışdı.

Parlament seçkiləri aprelin 12-də keçiriləcək. Hakim “FİDES – Macarıstan Vətəndaş İttifaqı” partiyası müxalif “Tisa” partiyası ilə mübarizə aparır.

Seçilən
33
teleqraf.com

1Mənbələr