“Real” La Liqanın 31-ci turu çərçivəsində öz meydanında «Jirona»nı qəbul edib.
Publika.az xəbər verir ki, ev sahiblərinin start heyətində hücumçu Vinisius Junior da yer alıb. Bu oyun onun üçün La Liqada 236-cı matç olub.
Braziliyalı futbolçu bu oyunların hamısını “Real”ın heyətində keçirib. Bu göstərici ona klub tarixində İspaniya çempionatında ən çox oyun keçirən legionerlər siyahısında Rafael Varanla bərabərləşməyə və 9-cu pilləyə yüksəlməyə imkan verib.