AZ

TƏCİLİ: İsrail şəhərləri BOMBALANDI, raketlər, dronlar YAĞIR - TV Musavat

Livanın "Hizbullah" hərəkatı raketlərdən və pilotsuz uçuş aparatlarından istifadə edərək İsrail hərbçilərinə zərbələr endirdiyini açıqlayıb.

Bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.

"Hizbullah" bildirib ki, onun döyüşçüləri, xüsusilə, İsrailin şimalındakı Kiryat-Şmona qəsəbəsi ərazisində İsrail hərbçilərinin toplaşdığı yerə hücum edib, həmçinin Yaara kazarmalarına zərbə endiriblər.

Qeyd edək ki, ötən gün CNN telekanalı İsrail, Livan və ABŞ nümayəndələrinin birbaşa sülh danışıqlarına hazırlaşdığı barədə məlumat yayıb. Danışıqlar aprelin 14-də baş tuta bilər.

TV Musavat-ın saat 12:00-da canlı yayımlanan "Həftə içi" verilişində aparıcı Emil Salamoğlunun suallarını hərbi analitik Azad İsazadə cavablandırır.

Seçilən
16
musavat.com

1Mənbələr