AZ

Sumqayıtda qəbiristanlıqda müharibə veteranının meyiti tapıldı

Sumqayıtda şəhərində 28 yaşlı gəncin meyiti tapılıb.

NOCOMMENT.az xəbər verir ki, şəhərin qəbiristanlığında 1998-ci il təvəllüdlü Ülvi Əlişəfa oğlu Xasayzadənin meyiti aşkarlanıb. Onun İkinci Qarabağ müharibəsi veteranı olduğu bildirilir.

Ü.Xasayzadənin hansı səbəbdən vəfat etdiyi məlum deyil.

Məlumat üçün bildirək ki, mərhum Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yaşayırmış.

Faktla bağlı araşdırma aparılır.//Sumqayit24

Seçilən
25
nocomment.az

1Mənbələr