Vəziyyəti ağır olanlar vaxtından öncə doğulanlardır.
Day.Az xəbər verir ki, bu barədə jurnalistlər açıqlamasındaa TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov deyib
"Onların vəziyyəti stabildir. Vəziyyəti ağır olanlar vaxtından öncə doğulanlardır. Uşaqlar TƏBİB tabeliyindəki 6 tibb müəssisəsinə təxliyə olunub. Həmin uşaqların yanıq və tüstüdən boğulma diaqnozları yoxdur", - deyə o, əlavə edib.
Qeyd edək ki, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş verib. Nəticədə, 3 nəfər tüstüdən zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Onlara zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri stabildir, ambulator müalicə üçün evə buraxılmaları nəzərdə tutulub. Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın meyiti aşkar olunub.
Fakta görə Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayət işi başlanıb.