AZ

“Bank of Baku” TOP-100 ən iri vergi ödəyicisi sırasına daxil olub

Azərbaycanda əsasən pərakəndə kredit sahəsində ixtisaslaşan “Bank of Baku” ASC 2025-ci ildə dövlətə 15 milyon manat vergi ödəməklə TOP-100 ən iri vergi ödəyicisi olan şirkətlərin siyahısına daxil olub.

Banker.az bunu Dövlət Vergi Xidmətinin 2025-ci il üçün açıqladığı siyahıya istinadən xəbər verir.

Bununla da bank əvvəlki illə müqayisədə vergi ödənişlərini 29% artırmış olub. “Bank of Baku” 2024-cü ildə 11 milyon manat vergi ödəmişdi. Öncəki ildə də həmin 100-lüyə daxil idi.

Kommersiya bankının hesabatına əsasən, təkcə 2025-ci ildə mənfəət vergisi üzrə dövlətə 9,95 milyon manat ödənilib. Bu göstərici əvvəlki ildə 8,89 milyon manat idi.

Qeyd edək ki, ötən il bank xalis mənfəətini illik müqayisədə 18% artıraraq 30,6 milyon manata yüksəltmişdi.

Seçilən
20
banker.az

1Mənbələr