AZ

Meksikanın San Fransisko de Kampeçe şəhərində Bakı şəhərinin təqdimatı keçirilib (FOTO)

Bakı. Trend:

10 aprel tarixində Meksikanın San Fransisko de Kampeçe şəhərindəMeksikanın Ümumdünya İrs Şəhərləri Milli Assosiasiyasının əsasorqanı - UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan Meksikaşəhərlərinin bələdiyyə rəhbərlərinin Baş Assambleyasıkeçirilib.

Trend xəbər verir ki,tədbirdə Meksikanın Ümumdünya İrs Şəhərləri Milli Assosiasiyasınınprezidenti, Quanaxuato bələdiyyəsinin rəhbəri Samanta Smit, həminAssosiasiyasının baş direktoru Xorxe Orteqa, Kampeçe bələdiyyəsininrəhbəri Bibi Rabelo da daxil olmaqla Meksikanın bir sıraşəhərlərinin bələdiyyə rəhbərləri, elmi dairələrin və diplomatikkorpusun nümayəndələri iştirak edib.

Bakı şəhərinin qədim simasının qorunub saxlanması və şəhərinmüasir inkişafı sahəsində ölkəmizin zəngin təcrübəyə malik olmasıəsas gətirilərək Azərbaycan tərəfi fəxri qonaq qismində həmintədbirdə iştiraka dəvət edilib. Tədbir çərçivəsində AzərbaycanRespublikasının Meksikadakı səfiri Seymur Fətəliyev və İçərişəhərDövlət Tarix-Memarlıq Qoruğunun İdarə Heyətinin sədri RüfətMahmudun video müraciətləri səsləndirilib.

S.Fətəliyev çıxışında Azərbaycanın bəşəriyyətin ən qədimsivilizasiya ocaqlarından biri olması, şəhərlərinin zənginliyi vəmədəni irsinin parlaq nümunələri ilə seçilməsi barədə danışıb.Çıxışında ölkəmizin zəngin tarixi-mədəni irsinin qorunması vəgələcək nəsillərə çatdırılmasına Azərbaycan RespublikasınınPrezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmiztərəfindən xüsusi diqqət yetirildiyi, 2026-cı ilin ölkəmizdə“Şəhərsalma və Memarlıq İli” elan edilməsi vurğulanıb. S.Fətəliyevİçərişəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksinin 2000-ciildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsini buabidənin beynəlxalq əhəmiyyətinin təsdiqlənməsi baxımından böyüktarixi hadisə adlandırıb. Çıxışda son onilliklərdə şəhər quruculuğusahəsindəki yeni təzahürlər, Bakıda inşa edilən yeni monumentalkomplekslər barədə danışılıb. S.Fətəliyev məlumat verib ki, 2024-cüilin noyabr ayında keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransının (COP) ardınca2026-cı ilin 17-22 may tarixlərində Azərbaycan paytaxtında BMT-nindigər nüfuzlu tədbiri - Ümumdünya Şəhərsalma Forumunun 13-cüSessiyası (WUF13) keçiriləcək. Bu tədbir Azərbaycan üçün həmölkəmizin qlobal şəhərsalma gündəliyindəki mövqeyinimöhkəmləndirmək, həm də regionda dayanıqlı və "ağıllı şəhərsalmamodelləri"ni təşviq etmək üçün əvəzsiz platformadır.

R.Mahmud öz çıxışında İçərişəhərin tarixi və mədəni əhəmiyyəti,tarixi şəhər mühitində yaşayışın idarə olunması və bu prosesdəqarşılaşdığımız çağırışlar barədə iştirakçılara məlumat verib. Qeydolunub ki, İçərişəhər təkcə statik bir abidə deyil, bu, tarixiirsin mühafizəsi və müasir şəhər həyatını özündə birləşdirən canlıəfsanədir. Qafqaz regionunda orta əsrlər şəhər ansamblını, regionalvə yerli memarlıq ənənələrinin tarixi inkişaf mərhələlərini özündəəks etdirən İçərişəhər, Qız Qalası və Şirvanşahlar SarayKompleksinin UNESCO Ümumdünya İrs Siyahısına salınması onunümumbəşəri dəyərə malik olmasının göstəricisidir. R.Mahmud bildiribki, İçərişəhərin qorunması prosesində mühafizə və inkişaf arasındabalansa nail olmaq zəruridir. Bu sahədə əsas prioritet istiqamətlərtarixi irsin bərpası, onun şəhər həyatına inteqrasiyası, dayanıqlıturizm, şəhər infrastrukturunun inkişafı, əlçatan və inklüzivmühit, irsin rəqəmsal təqdimatı, nəqliyyat sistemlərininmobilliyinin artırılmasıdır. R.Mahmud İçərişəhərin beynəlxalqəməkdaşlıqda fəal olduğunu, bunun ekspert mübadiləsi,institutsional potensialın gücləndirilməsi sahəsində layihələrvasitəsilə həyata keçirildiyini bildirib. Bu xüsusda, İçərişəhərqarşısında eyni vəzifələr duran Meksika şəhərləri ilə əməkdaşlıqdamaraqlıdır.

Təqdimatlar zamanı Bakı şəhərinin qədim və müasir simasını əksetdirən fotolar nümayiş olunub. Hər iki təqdimat iştirakçılartərəfindən böyük maraqla qarşılanıb.

Meksikanın
Meksikanın
Meksikanın
Meksikanın
Meksikanın
Seçilən
27
3
az.trend.az

7Mənbələr