Tbilisidə təlim-məşq toplanışını davam etdirən futzal üzrə millimiz bu gün ikinci yoldaşlıq oyununu keçirib.
"Football-plus.az" xəbər verir ki, komanda Gürcüstan yığması ilə qarşılaşıb. Görüş rəqibin qələbəsi ilə bitib - 2:5.
Bu komandalar arasında iki gün əvvəl keçirilmiş matçda meydan sahibləri 4:2 hesabı ilə qalib gəlmişdi.
Yığma daha iki yoldaşlıq oyununa çıxacaq. Komanda aprelin 13-də və 15-də Aktauda Qazaxıstan ilə qarşılaşacaq.
Gürcüstan – Azərbaycan 5:2
Nikoloz Qabriçidze, 3:03. Levan Svanidze, 14:09. Giorgi Çimakadze, 34:02; 38:16. Nikoloz Kurtanidze, 37:26 - Nihad İsmayılov, 13:02. Ədalət Ələkbərov, 39:37
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta