AZ

Bu şirkətlər “Azergold”da necə qalib elan olunur? – ZAKİR İBRAHİMOV MÜŞAVİRİNƏ HÜDUDSUZ SƏLAHİYYƏTLƏR VERİB

Son zamanlar “Azergold” QSC-nin tenderləri ilə bağlı müəmmalı nəticələr haqqında yeni məlumatlar ortaya çıxıb.

Bildirilir ki, Zakir İbrahimovun müşaviri Müşfiq Məmmədlinin qardaşı Cavid Məmmədliyə məxsus şirkətlər asanlıqla “Azergold”un tenderlərinin qalibi olur.

Mənbəmiz həmin şirkətlərin bir neçəsinin adını da redaksiyamiza təqdim edib.

Bunlar “Bert” MMC, “Azdağmədən” MMC, “ResursPlaning” MMC, “AR geotech” MMC və.s dir.

İddia olunur ki, Zakir İbrahimovun ətrafında “Azergold” da əsassöz sahibi Müşfiq Məmmədlinin olması, bu QSC daxilində də müəyyən çəkişmələrə səbəb olur.

Bu isə işdəki sağlam mühitikonflikt müstəvisinə keçirir.

Gununsesi.info

Seçilən
18
1
editor.az

2Mənbələr