AZ

Matça doğru: “Neftçi”də ciddi itki, “Araz Naxçıvan”da iki futbolçu oynamayacaq 

Azərbaycan Premyer Liqasının 27-ci turunda “Neftçi” “Araz Naxçıvan”la üz-üzə gələcək.

İdmanxeber.az-ın məlumatına görə, “ağ-qaralar” görüşə itki ilə çıxacaq. Hücumçu Bassalu Sambu zədə səbəbindən bu oyunu da buraxır.

Digər zədəli oyunçu Emin Mahmudov isə komanda ilə məşqlərini davam etdirir. Onun bugünkü görüşdə forma şansı qazanacağı gözlənilir.

“Araz Naxçıvan”da da itkilər var. Cəzalı Urfan Abbasov və zədələni Vanderson Melo matçı kənardan izləyəcək.

Xatırladaq ki, “Neftçi” – “Araz Naxçıvan” qarşılaşması bu gün saat 20:00-da start götürəcək.

 

 

Seçilən
16
idmanxeber.az

1Mənbələr