AZ

Tramp elan etdi – İslamabadda ABŞ-İran danışıqları rəsmən başladı

ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdəki müharibənin taleyini həll edəcək tarixi İslamabad görüşünün başladığını rəsmən təsdiqləyib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı "News Nation" telekanalının jurnalisti Kelli Meyer öz mənbələrinə istinadən yayıb.

Dünyanın nəfəsini dərərək izlədiyi bu gizli diplomatik gedişin ilkin detalları:

ABŞ Prezidenti danışıqların artıq aktiv fazaya keçdiyini bildirib. Bu, 2026-cı ilin fevralından bəri davam edən qanlı münaqişədən sonra tərəflərin ilk rəsmi təmasıdır.

 Hazırda danışıqların birbaşa, yoxsa Pakistan rəsmilərinin vasitəçiliyi ilə aparıldığı tam dəqiqləşməsə də, Cey Di Vens və Cared Kuşnerin rəhbərlik etdiyi nümayəndə heyətinin artıq İran tərəfinə (Qalibafın heyətinə) "yol xəritəsi" təqdim etdiyi bildirilir.

Jurnalist Kelli Meyerin sözlərinə görə, Ağ Ev danışıqlardan "sürətli nəticə" gözləyir. Əsas hədəf Hörmüz boğazının dərhal açılması və hərbi əməliyyatların daimi dayandırılmasıdır.

 İran heyətinin görüşə gələrkən təyyarənin ön oturacaqlarına həlak olan məktəblilərin fotolarını və ayaqqabılarını qoyması bu danışıqların son dərəcə emosional və gərgin keçəcəyindən xəbər verir.

Hazırda bütün dünyanın diqqəti İslamabaddan gələcək rəsmi bəyanatlara yönəlib. Əgər tərəflər kompromis əldə edə bilsələr, bu, XXI əsrin ən böyük diplomatik uğuru kimi tarixə düşə bilər.

Musavat.com 

Seçilən
27
50
musavat.com

10Mənbələr