AZ

Abşeronda iki qadının qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb

Bakı. Trend:

Aprelin 11-də Abşeron rayonu, Masazır qəsəbəsi ərazisindəPərişan Süleymanova və Nuranə İsgəndərlinin qəsdən öldürülməsifaktı ilə bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsininmüvafiq maddələrilə cinayət işi başlanaraq ibtidai istintaqaparılır.

Bu barədə Trend-ə BaşProkurorluqdan məlumat daxil olub.

Qeyd edək ki, bu gün səhər saatlarında Abşeron rayonunun Masazırkəndində iki qadın qətlə yetirilib.

Qəsəbə ərazisində 1989-cu il təvəllüdlü və 1996-cı il təvəllüdlüiki qadın bıçaqlanıb. Hər iki qadın hadisə yerində dünyasınıdəyişib. Hazırda hadisə yerinə polis əməkdaşları cəlbediliblər.

Qətli törədən şəxs hadisə yerindən qaçıb.

Hazırda polis əməkdaşları tərəfindən qətli törətməkdə şübhəlibilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

Məqalədə:
Seçilən
28
2
az.trend.az

10Mənbələr