AZ

Aprelin sonunda İranı dəhşətli bombardman gözləyir – Amerikalı politoloqdan sensasion proqnoz

Xəbər verdiyimiz kimi, ABŞ və İran nümayəndə heyəti danışıqlar aparmaq üçün Pakistanın paytaxtı İslamabadda bir araya gəliblər.

Danışıqlar yerli vaxtla 17:00-dan (Bakı vaxtı ilə 16:00) sonra başlayıb. ABŞ və İran arasında danışıqların əsas mövzuları kimi hərbi əməliyyatların dayandırılması, sanksiya siyasəti və regionun strateji kommunikasiyalarına nəzarət müəyyən edilib.

Qeyd edək ki, aprelin 8-də İran ilə ABŞ və onların müttəfiqləri ikihəftəlik atəşkəs barədə razılığa gəliblər.

Güneyli jurnalist yazar Teoman Şahin Globalinfo.az-a açıqlamasında bildirib ki, danışıqlar çox yüksək səviyyədə aparılacaq ki, bu da məsələnin ciddiliyini göstərir:

teoman

Teoman Şahin

“Hər iki tərəfin razılaşmaya və sülhə ehtiyacı var. ABŞ Konqresinə seçkilər yaxınlaşır və iki aydan sonra orada Dünya Kuboku keçiriləcək və dünya Amerikaya Hörmüz boğazını açmaq üçün təzyiq göstərir. İran hökuməti özünü qorumaq istəyir və bunun üçün sülhə ehtiyacı var. Hörmüz boğazına nəzarət etdiyi üçün danışıqlarda üstünlük qazanıb və bunu imtiyaza çevirməyə çalışacaq. Tərəflərdən heç biri istədikləri hər şeyi əldə edə bilməyəcək. Həm Amerika, həm də İran bəzi iddialarından geri çəkilməklə minimal tələblər barədə razılığa gələ bilərlər”.

Amerikalı politoloq Piter Teys isə bildirib ki, Tramp administrasiyası bütün diqqətini İran İslam Respublikasının nüvəsizləşdirilməsinə və SEPAH-ın və Tehrandakı bütün Ayətullah rejiminin tamamilə məhv edilməsinə yönəldib:

piter

Piter Teys

“Növbəti iki həftə ərzində Pentaqonun İrana qarşı elektron müharibəsi güclənəcək və əvvəlkindən daha yüksək səviyyədə təbliğat müharibəsi olacaq. İki həftədən sonra, aprelin sonuna qədər Tramp administrasiyası İran daxilindəki nüvə zənginləşdirmə qurğularına qarşı yenidən havadan strateji bombardman həyata keçirməyə başlayacaq. Tehran sadəcə Vaşinqton və İsrail Müdafiə Qüvvələri qarşısında vaxt qazanmağa çalışır. İran nüvə bombası hazırlamaq niyyətindən əl çəkməyəcək. Aprelin sonunda İranı “Daş dövrünə qaytaracaq” bombalanma görəcəyik!”.

Pakistanlı analitik və köşə yazarı İmran Xalid isə qeyd edib ki, İslamabad danışıqlarına daha çox praqmatik ehtiyatlılıq prizmasından baxılır və Pakistanın milli maraqları qəti bir həll gözləməkdənsə, gözləntilərin idarə olunmasına yönəlib:

imran

İmran Xalid

“Bu mərhələdə heç bir böyük irəliləyiş gözlənilmir. Əsas məqsəd qlobal və regional iqtisadiyyat üçün “nəfəs”in təmin edilməsidir. İslabadın nöqteyi-nəzərindən ən real nəticə, xüsusilə Hörmüz boğazını sərt şərtlər altında açıq saxlamağa yönəlmiş kiçik, müvəqqəti razılaşmadır. Əgər danışıqlarda bu şərti razılaşma bir neçə gün ərzində yenidən görüşmək öhdəliyi ilə yanaşı əldə edilərsə, bu, Pakistan diplomatiyası üçün taktiki uğur hesab ediləcək, Sərhəddə sabitliyin təmin olunması və tammiqyaslı iqtisadi böhranın qarşısını almaq üçün vaxt qazanılacaq. Lakin, hətta bu kiçik irəliləyiş belə uğursuz olarsa, yenidən hərbi əməliyyatlar və tam dəniz blokadası təhlükəsi qaçılmaz olaraq qalır və dünya artan yanacaq qiymətləri və artan təhlükəsizlik riskləri ilə üzləşəcək”.

Globalinfo.az

Seçilən
12
1
editor.az

2Mənbələr