AZ

Kəmalə Məmmədova: “Sülh Körpüsü” dialoqunun qurulmasında media mühüm rol oynayır VİDEO

Qəbələ, 11 aprel, AZƏRTAC

Əlbəttə, media “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində təşkil olunan dialoqun qurulmasında və düzgün gündəmin müəyyənləşdirilməsində mühüm rol oynayır. Bu tendensiya xüsusilə avqust ayından, Vaşinqton sammitindən sonra nəzərə çarpmağa başlayıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri “1news.az” saytının baş redaktoru Kəmalə Məmmədova Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə təşkil olunan ikitərəfli dəyirmi masa çərçivəsində keçirilən mətbuat konfransı zamanı deyib.

“Həmkarımın (Lusine Xaratyan) qeyd etdiyi kimi, “nifrət nitqini” azaltmaq və ən əsası, prosesin mahiyyətini media vasitəsilə izah etmək çox vacibdir. Axı, çoxları bunun nə demək olduğunu tam başa düşmür. Bizim vəzifəmiz konfranslar və sülh sazişinin gətirəcəyi müsbət və konstruktiv aspektlər barədə məlumatı ictimaiyyətə çatdırmaqdır. Əlbəttə ki, biz bu istiqamətdə işi davam etdirəcəyik”, - deyə o vurğulayıb.

Müxbir – Leyla Muradzadə
Foto – Tofiq Babayev
Video – Mir Rəsul Cəfərov
Seçilən
7
3
azertag.az

4Mənbələr