AZ

“Bavariya” Bundesliqada 54 illik qol rekordunu yeniləyib

Almaniyanın “Bavariya” klubu ölkə çempionatında mövsüm ərzində vurduğu qolların sayına görə yeni rekord müəyyənləşdirib.

90deqiqe.Az xəbər verir ki, Münhen təmsilçisi Bundesliqada mövsüm üzrə 105-ci qolunu vuraraq 1972-ci ildə qeydə alınmış 101 qolluq əvvəlki rekordunu yeniləyib.

Qeyd edək ki, 29-cu turun oyunu çərçivəsində “Bavariya” “Sankt-Pauli”ni 5:0 hesabı ilə darmadağın edib.

Qalan turlarda “Bavariya” “Ştutqart” (19 aprel), “Maynts” (25 aprel), “Haydenhaym” (2 may), “Volfsburq” (9 may) və “Köln” (16 may) komandaları ilə üz-üzə gələcək.

Hazırda Münhen klubu 28 oyundan sonra topladığı 73 xalla turnir cədvəlinin lideridir.

Seçilən
52
90deqiqe.az

1Mənbələr