AZ

“60 cı dəqiqəyə qədər yaxşı oynadıq” Yuri Vernidub

Footbal-plus saytına istinadən ain.az xəbər verir.

Misli premyer-liqasının 27-ci turunda “Neftçi” evdə “Araz-Naxçıvan”a qalib gəldi - 2:1. Oyunsonrası mətbuat konfransında bakılıların baş məşqçisi Yuri Vernidub jurnalistlərin suallarını cavabladı.- Hissələr arasında niyə bu qədər fərq var idi?- İlk yarıda çox yaxşı oynadıq. Çox imkanımız oldu. Azı 6-7. 60-cı dəqiqəyə qədər yaxşı oynadıq. Psixoloji amil bundan sonra rol oynadı. Həm də futbolçular yoruldular. 60 dəqiqə ərzində yalnız bir təhlükəli epizodları oldu. Buna qədər bizim iki epizodumuz oımişdu. Onda Kenan Piriç xilas etdi. Daha çox işləməliyik. Sevinirəm ki, kapitanımız qayıtdı. O bizim üçün açar fiqurdu. - Avrokubokların astanasındasız. Üzərinizdə əlavə təzyiq var?- Təzyiq hiss etmirəm, amma tempimiz artır. Bundan sonrakı oyunlar finala bərabər olacaq. Ancaq irəli davam etməliyik. Rəqiblərimizdən də çox şey asılıdı. “Qarabağ”a və “Zirə”yə hörmətlər. Çıxıb oynayacağıq. Nə olacaq, Allah bilir. - Siz gələndən sonra Abubakar start heyətində olmayıb. Gələn mövsüm üçün planınızda var?- Mətbuatı oxuyanda bəzən gülürəm. Bəzi şeylər haqda danışmamışam. Abubakar komanda oyunçusudu. Zədələnmişdi, üç həftə məşqlərə qatılmadı. Formaya düşməsi asan deyil. Sambu məşqlərə başlayıb. 2-3 həftəyə sağalacaq. Bunlar Ştoqrinə də aiddi. - Sambu qayıdandan sonra da bu taktiki sxemlə oynamağınız mümkündü? Çünki hücumda daha rəngarəngsiz, qol imkanlarınız da daha çoxdu.- Gözləyək, görək nə vaxt qayıdır. Ondan sonra qərar vərərik (gülür). - Ukrayna mətbuatında adınız yığma ilə yanaşı hallanır. Belə təklif olsa, nə addım atarsız?- Əlimi ürəyimə qoyub deyirəm ki, heç kimlə danışmamışam. Yazırlar ki, Kenan qol buraxandan sonra Vernidub onunla yolları ayırmaq istəyir. Necə yaza bilərlər axı? Qapıçı qol buraxar, seyv edər. Təklf yoxdu. 6-10 nəfərlik siyahı olur, bəlkə mənim də adım var. Bu gün “Neftçi”nin baş məşqçisiyəm. Söz vermişəm, hədəflərimiz var. Futbolçularıma təşəkkür edirəm. Məşqlərə çox peşəkar yanaşırlar. Rəhbərliyə də minnətdaram. Komanda ilə rəhbərlik bir olanda bu gücdü. MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
1
icma.az

2Mənbələr