Xəzər dənizində zəlzələ qeydə alınıb.
Bu barədə NOCOMMENT.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Bildirilib ki, yerli vaxtla saat 00:47-də qeydə alınan zəlzələnin maqnitudası 3.2 olub. Yeraltı təkanların ocağı 74 kilometr dərinlikdə yerləşib.
Qeyd edək ki, ötən gün yerli vaxtla saat 07:47-də 3.3 bal gücündə zəlzələ qeydə alınmışdı.