AZ

O, tarixin ən yaxşı qapıçısıdır - Kroos kimi deyir?

Almaniya millisinin sabiq yarımmüdafiəçisi Toni Kroos “Bayern”in qapıçısı Manuel Noyer haqqında fikirlərini bölüşüb.

Azreform.info xəbər verir ki, “Madrid Zone” Kroosun sözlərini sitat gətirib: “Manuel Noyer bütün dövrlərin ən yaxşı qapıçısıdır. Bu, şübhəsizdir. Manunun öz oyun tərzi var. O, izləmək üçün maraqlı olan yeganə qapıçıdır.

Hərəkətləri və zərifliyi sayəsində inanılmaz auraya malikdir. Dünya Kuboku üçün o, uzaq ötürmələri ilə hələ də ən yaxşı alman qapıçıdır”.

Xatırladaq ki, Noyer 2024-cü ildə Almaniya millisində karyerasını bitirib. 40 yaşlı qapıçı daha əvvəl DÇ-2026 üçün milli komandaya qayıtmayacağını açıqlamışdı.(publika.az)

Seçilən
26
3
azreform.info

4Mənbələr