AZ

Jan Todt: “Şumaxer Xeresdə Vilnövün bolidini qəsdən vurmuşdu”

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

“Ferrari”nin keçmiş rəhbəri Jan Todt 1997-ci ildə Xeresdə keçirilən dünya çempionatının həlledici yarışında Mixael Şumaxerin Jak Vilnövlə qəsdən toqquşduğunu etiraf edib.

İdman.Biz bildirir ki, Todt bu hərəkəti alman sürücünü tituldan məhrum edən səhv adlandırıb.

“O, onu qəsdən vurdu, amma bunu yöndəmsizcə etdi. Mixael fantastik oğlandır, amma hər dəfə avtomobilin idarəetməsini itirəndə bunun əvəzini çox ödəyirdi. Buna görə də bu, ona çempionluğu itirmək bahasına başa gəldi.

Bu, sadəcə emosiya idi. Buna görə də yarışın qızğın vaxtında kiminsə hərəkətlərini mühakimə edərkən çox bağışlayıcı olmalısınız. Masada “bunu etməli idin, “onu etməli idin” demək asandır. Amma vəziyyətin qaynar yerində beynin fərqli reaksiya verdiyini anlamalısınız.

Vilnövdən geridə olduğu üçün çempionluğu itirə biləcəyini anladıqda, problemi həll etməyə çalışdı və səhv qərar verdi. Dəstəyə ehtiyacı var idi. Bu, pis bir addım idi, lazımsız idi”, - Todt “High Performance” podkastında deyib.

Todt həmçinin Şumaxerin 2006-cı il “Monako Qran-prisi”nə vəsiqə qazanarkən maşınını qəsdən dayandırdığını, Fernando Alonsonun vaxtını artırmasına mane olduğunu və bunun üçün yarışın sonuna göndərildiyini açıqlayıb. Keçmiş “Ferrari” rəhbərinin sözlərinə görə, bu hərəkət də alman pilota çempionluğu itirmək bahasına başa gəlib.

Todt daha əvvəllər Şumaxeri müdafiə edərək, Monakoda hərəkətin qəsdən deyil, sürücü səhvi olduğunu iddia edirdi. İyirmi il əvvəl o, Xeresdəki toqquşmanın qəsdən baş verdiyini də inkar etmişdi.

Şumaxer 1997-ci il çempionatından kənarlaşdırılıb, bütün xallarından məhrum edilib və sürücülərin sıralamasında ikinci yeri tutmaq hüququndan məhrum edilib.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
47
icma.az

1Mənbələr