AZ

Azərbaycan çempionu olan əfsanəvi yapon karyerasını bərpa etdi - FOTO

Əfsanəvi yapon futbolçu Keysuke Honda futbolçu karyerasını bərpa edib.

Fanat.Az xəbər verir ki, 39 yaşlı yarımmüdafiəçi Sinqapurun "Jurong" klubu ilə rəsmən anlaşıb.

Məlumatı klubun mərbuat xidməti yayıb. 

O, Ginnesin Rekordlar Kitabına daxil edilə biləcək unikal dünya rekordu qırmağı hədəfləyir. Honda artıq 10 fərqli ölkənin yüksək liqasında qol vurub. Bundan əlavə, o, dünyada rekord sayda beş qitədə (Asiya, Avropa, Şimali Amerika, Cənubi Amerika və Avstraliya) qol vuran azsaylı oyunçulardan biridir. Yerli Premyer Liqada vuracağı qol ona dünya futbolunda ilk reallaşdırmağa imkan verəcək.

Xatırladaq ki, Keysuke Honda 2021-ci ildə 3 ay “Neftçi”nin uğurları üçün çalışıb, bu komanda ilə Azərbaycan çempionu olub.

Honda karyerasına fasilə verməzdən əvvəl son rəsmi klubu Butan təmsilçisi "Paro" olub və o, 2024-cü ildə bu klubda bir neçə oyun keçirməyi bacarıb.

Maraqlıdır ki, yaponiyalı ulduz oyunçu 2018-ci ildən 2023-cü ilə qədər Kamboca millisinin baş məşqçisi vəzifəsini yerinə yetirib.

Mirağa

Seçilən
9
1
fanat.az

2Mənbələr