AZ

Məşhur aktyor vəfat etdi

Britaniyalı aktyor Con Nolan 88 yaşında vəfat edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Herald” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, aktyor aprelin 11-də dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb.

Nolan 1960-cı illərin sonlarından başlayaraq onlarla filmin çəkilişində iştirak edib. “Betmen: Başlanğıc” (“Batman Begins”, 2005), “Qara Cəngavər: Əfsanənin dirçəlişi” (“The Dark Knight Rises”, 2012) və “Dünkerk” (“Dunkirk”, 2017) filmlərindəki işləri ona geniş şöhrət qazandırıb.

Con Nolan məşhur britaniyalı rejissor, ikiqat “Oskar” mükafatı laureatı Kristofer Nolanın, eləcə də ssenarist Conatan Nolanın əmisi idi./metbuat.az/

Seçilən
23
5
nocomment.az

6Mənbələr