Almaniyanın "Yunion" klubu baş məşqçisi Şteffen Baumqart ilə yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, komanda mövsümün sonuna qədər Mari-Luiza Etaya tapşırılıb.
Bu təyinatla 34 yaşlı mütəxəssis Bundesliqa tarixində kişi komandasına rəhbərlik edəcək ilk xanım baş məşqçi kimi tarixə düşüb.
O, əvvəllər klubun U-19 komandasında və əsas komandanın məşqçilər korpusunda fəaliyyət göstərib.
Hazırda 32 xalı olan "Yunion" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.