Almaniyanın “Union Berlin” klubu baş məşqçisi Şteffen Baumqartı istefaya göndərib.
Msport.az xəbər verir ki, “Union”un yeni baş məşqçisi Mari-Luiza Era olub.
Xanım mütəxəssis buna qədər klubun U-19 komandasına rəhbərlik edirdi.
Onunka mövsümün sonuna qədər müqavilə imzalanıb.
34 yaşlı xanım baş məşqçinin Bundesliqanın kişilərdən ibarət komandasına baş məşqçi təyinatı tarixdə ilk dəfədir. Mari-Luiza Eta 2023-2024 mövsümündə də “Union”un məşqçilər korpusunda yer alıb.
Qeyd edək ki, 29 turdan sonra aktivində 32 xal olan “Union” Bundesliqanın turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.