RU

Bundesliqada ilk dəfə xanım baş məşqçi

Almaniyanın “Union Berlin” klubu baş məşqçisi Şteffen Baumqartı istefaya göndərib.

Msport.az xəbər verir ki, “Union”un yeni baş məşqçisi Mari-Luiza Era olub.

Xanım mütəxəssis buna qədər klubun U-19 komandasına rəhbərlik edirdi.

Onunka mövsümün sonuna qədər müqavilə imzalanıb.

34 yaşlı xanım baş məşqçinin Bundesliqanın kişilərdən ibarət komandasına baş məşqçi təyinatı tarixdə ilk dəfədir. Mari-Luiza Eta 2023-2024 mövsümündə də  “Union”un məşqçilər korpusunda yer alıb.

Qeyd edək ki, 29 turdan sonra aktivində 32 xal olan “Union” Bundesliqanın turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Избранный
7
3
msport.az

7Источники