AZ

NYT-dən şok analiz – Müharibə hədəsi artıq İrana təsir etmir, Tramp tələyə düşüb

Nüfuzlu "The New York Times" nəşri Donald Tramp administrasiyasının 21 aprelə qədər davam edən iki həftəlik atəşkəs fonunda yürütdüyü strategiyanı kəskin tənqid edən analiz dərc edib.

Musavat.com xəbər verir ki, analitiklərin fikrincə, Ağ Evin müharibəni bərpa etmək hədəsi artıq İrana qarşı effektiv təzyiq rıçağı rolunu oynamır, çünki Tehran Vaşinqtonun daxili siyasi və iqtisadi zəifliklərini yaxşı dərk edir.

Atəşkəsin elan olunmasında əsas məqsəd İrana rəhm etmək deyil, ABŞ iqtisadiyyatını sabitləşdirmək olub. Tramp neft və benzin qiymətlərindəki kəskin sıçrayışın qarşısını almağa, həmçinin kimyəvi gübrə və helium qıtlığından qaçmağa çalışır.

 Tehran anlayır ki, müharibənin aktiv fazasına qayıdış qlobal bazarların çöküşünə, rekord inflyasiyaya və mal qıtlığına səbəb olacaq. Bu isə Trampın daxili reytinqinə sarsıdıcı zərbə vuracağı üçün hərbi təhdidlər artıq "boş tüfəng" effekti verir.

 Ekspertlər vurğulayırlar ki, Vens-Kuşner heyətinin İslamabaddakı uğursuzluğundan sonra hərbi variant Tramp üçün daha riskli alətə çevrilib. Müharibənin bərpası ABŞ-da istehlak qiymətlərini idarəolunmaz həddə çatdıra bilər.

NYT yazır ki, dünya bazarları "ip üstündədir" və hər hansı yeni gərginlik dalğası qlobal iqtisadiyyatı uzunmüddətli resessiyaya sürükləyəcək.

Bu analiz göstərir ki, İrana qarşı "maksimum təzyiq" siyasəti iqtisadi reallıqlar qarşısında dalana dirənib. Tehran bu zəiflikdən istifadə edərək danışıqlarda daha sərt şərtlər irəli sürməyə davam edir.

Musavat.com

Seçilən
25
50
musavat.com

10Mənbələr