AZ

Tomskda FÖVQƏLADƏ VƏZİYYƏT: yüzlərlə həyətyanı sahə su altında qaldı

Rusiyanın Tomsk vilayəti ərazisində baş verən daşqın nəticəsində ciddi fəsadlar yaranıb.

BAKU.WS TASS agentliyinə istinadən xəbər verir ki, Çornaya Reçka kəndində 222 həyətyanı sahəni su basıb. Bundan əlavə, 25 yaşayış evi də su altında qalıb.

Məlumata əsasən, Zareçnoye və Spasskoye ərazilərində fövqəladə vəziyyət rejimi elan olunub.

Bundan əvvəl vilayətin qubernatoru Vladimir Mazur bildirib ki, Zareçnoye kənd yaşayış məntəqəsinə daxil olan Çornaya Reçka və Taxtamışevo yaşayış məntəqələrindən təxminən 80 nəfər təxliyə edilib.

Seçilən
29
4
far.az

5Mənbələr