AZ

Çexiya XİN prezident Pavelin Tramp barədə fikirlərindən təəssüf etdi » AzadMedia.az


Çexiyanın Xarici İşlər Nazirliyi sosial şəbəkə X-də yaydığı açıqlamada respublika prezidenti Petr Pavelin amerikalı həmkarı Donald Tramp barədə səsləndirdiyi fikirlərdən təssüfləndiyini bildirib.
“Çexiya XİN [Pavelin fikirlərinin] məzmununa görə təəssüfünü bildirir və vurğulayır ki, bu bəyanatlar respublika hökumətinin rəsmi mövqeyini əks etdirmir”, — deyə qurumun açıqlamasında qeyd olunub.
Aprelin 9-da NATO-nun keçmiş generalı və alyansın hərbi komitəsinin sabiq rəhbəri olan Çexiya lideri Trampın İran əleyhinə kampaniyanı dəstəkləməyə hazır olmayan müttəfiq ölkələrə yönəlmiş tənqidlərini “yumşaq desək, ədalətsiz” adlandırmışdı.
Bununla əlaqədar Çexiya XİN vurğulayıb ki, respublika NATO-nun “gücünə, birliyinə və etibarlılığına”, həmçinin “Avropa ilə ABŞ arasında möhkəm transatlantik tərəfdaşlığa” prinsipial əhəmiyyət verir.
Nazirlik həmçinin qeyd edib ki, Çexiya ilə ABŞ arasında münasibətlər yüksək səviyyəyə çatıb və inkişaf etməkdə davam edir. İki ölkə arasında əməkdaşlıq “müdafiə və təhlükəsizlik, energetika, iqtisadiyyat və yeni texnologiyalar” sahələrini əhatə edir və yüksək səviyyəli aktiv siyasi dialoqla müşayiət olunur.
Ötən ilin dekabrında Rusiya prezidenti Vladimir Putin bildirmişdi ki, Rusiya keçmişdə NATO ilə sadəcə əməkdaşlıq etməmiş, hətta quruma üzv olmağı gözləmişdi, lakin “onu orada gözləmirdilər”.
Seçilən
6
1
azadmedia.az

2Mənbələr