AZ

“Qızıl top” namizədləri açıqlandı - 15 futbolçu siyahıda

Amerikanın “Sports Illustrated” jurnalı “Qızıl top” mükafatına namizəd futbolçuların siyahısını hazırlayıb.

90deqiqe.Az-ın məlumatına görə, siyahıya dünyanın ən yaxşı futbolçusu adına iddia edən 15 oyunçu daxil edilib.

 Siyahıda keçən ilin qalibi Usman Dembelenin adı da yer alıb. Ən yaxşı üçlükdə isə Harri Keyn, Lamin Yamal və Maykl Olise göstərilib.

Qeyd olunur ki, qalibin müəyyənləşdirilməsində top-klublar və böyük oyunlardakı çıxışlara daha çox diqqət yetiriləcək. Buna görə də yaxın dünya çempionatının nəticələri səsverməyə ciddi təsir göstərə bilər.

Tam siyahı belədir:

Harri Keyn – “Bavariya” / İngiltərə

Lamin Yamal – “Barselona” / İspaniya

Maykl Olise – “Bavariya” / Fransa

Kilian Mbappe – “Real Madrid” / Fransa

Deklan Rays – “Arsenal” / İngiltərə

Vitinya – “PSJ” / Portuqaliya

Pedri – “Barselona” / İspaniya

Erlinq Haland – “Mançester Siti” / Norveç

Lionel Messi – “İnter Mayami” / Argentina

Usman Dembele – “PSJ” / Fransa

Bruno Fernandes – “Mançester Yunayted” / Portuqaliya

Luis Dias – “Bavariya” / Kolumbiya

Vinisius Junior – “Real Madrid” / Braziliya

Rafinya – “Barselona” / Braziliya

Kriştianu Ronaldu – “Əl-Nəsr” / Portuqaliya

Mükafatın qalibi ilin sonuna yaxın açıqlanacaq.

Seçilən
37
90deqiqe.az

1Mənbələr