AZ

Xətai rayonunun bəzi ərazilərinə içməli su nə vaxt veriləcək?VİDEO

Xətai rayonu, Rəşid Bağırov küçəsində çökən, diamertri 1400 mm-lik tullantı su kollektorunun təmir-bərpa işləri davam etdirilir.

Xezerxeber.az-ın məlumatına görə, kollektor Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin balansındadır və işlər Agentliyin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti tərəfindən icra olunur.

Ərazidə təhlükəsizlik tədbirləri görülüb, mühafizə bəndləri qurulub.

İş icraçıları deyirlər ki, kollektorun ətrafı təmizləndikdən sonra təxminən 40-60 metr uzunluqda boruların yenilənməsi işləri görüləcək.

İş icraçısı Maqsud Məmmədovun sözlərinə görə, işləri sürətlə aparırlar ki, kollektorun fəaliyyətini qısa müddətdə bərpa etməklə əhalinin içməli su təchizatında yaranan çətinliyi aradan qaldırsınlar.

Bildirilir ki, meteoroloji şərait əlverişli olsa, işlər tam olaraq 3-4 gün ərzində yekunlaşacaq və əhalinin içməli suya olan tələbatı yüksək səviyyədə təmin ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
19
xezerxeber.az

1Mənbələr