AZ

Bakının bahalı evləri və iri villaları ilə diqqət çəkən köhnə məhəlləsi: Vorovski dən REPORTAJ

Baku.ws saytına istinadən ain.az xəbər verir.

Baku TV Bakının köhnə məhəllələrindən biri - "Vorovski" haqqında reportaj hazırlayıb.

Paytaxtın Binəqədi rayonunda yerləşən bu məhəllə illərdir sakinlər arasında məhz bu adla tanınır.

Vaxtilə palçıqlı, boş torpaq sahələri ilə seçilən ərazi bu gün bahalı evlər və iri villalarla diqqət çəkir. Sakinlərin sözlərinə görə, əvvəllər burada evlər köhnə və ucuz olsa da, son illərdə qiymətlər xeyli artıb.

"Əvvəllər bura palçıq idi, indi isə bahalı villalarla tanınır", - sakinlər bildiriblər.

Məhəllədə ötən əsrdən qalan köhnə tikililər də mövcuddur. Bildirilir ki, bəzi evlər 1950-ci illərdə inşa olunub və uzun müddət yaşayış üçün istifadə edilib.

Sakinlər qeyd edirlər ki, ərazi əvvəllər kənd kimi tanınsa da, indi paytaxtın bahalı məhəllələrindən birinə çevrilib. Məhəllənin adının mənşəyinə gəlincə, "Vorovski" adı sovet dövründə ruslaşmış polyakəsilli inqilabçı və diplomat Vatslav Vorovskinin adı ilə bağlıdır.

Hazırda isə ərazi rəsmi sənədlərdə Rəsulzadə qəsəbəsi kimi qeyd olunur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
3
baku.ws

4Mənbələr