AZ

Noyer millinin baş məşqçisi ilə problem yaşayır?

style='margin-bottom:10px;'>

"Bavariya"nın qapıçısı Manuel Noyer Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmannla münasibətlərinin pis olması barədə yayılan xəbərlərə münasibət bildirib.

QOL.az xəbər verir ki, təcrübəli qolkiper bu iddiaların əsassız olduğunu bildirərək münasibətlərinin yaxşı olduğunu vurğulayıb:

"Bütün bu məlumatlar yalandır. "Bavariya"da işlədiyi vaxtda onunla çox yaxşı münasibətlərimiz olub, o, mənim məşqçim idi. Avropa çempionatında da onun rəhbərliyi altında çıxış etmişəm. Aramızda heç bir münaqişə yoxdur, hər şey qaydasındadır. Müxtəlif tərəflərdən yayılan bu şayiələr nə onu, nə də məni maraqlandırır. Heç birimiz buna görə narahat deyilik".

Qeyd edək ki, Noyer həmçinin hazırda diqqətini yalnız "Bavariya"dakı çıxışına yönəltdiyini və qarşıdakı vacib oyunlara fokuslandığını qeyd edib.

Seçilən
27
teleqraf.com

1Mənbələr