AZ

Qalibafdan ABŞ-yə sərt mesaj: “Yenə bizi sınağa çəksələr, daha ağır dərs verəcəyik”

İran İslam Respublikası parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf ABŞ-yə sərt xəbərdarlıq edib.

Musavat.com xəbər verir ki, o bildirib ki, Vaşinqton mövcud vəziyyətdən çıxış yolu axtarırsa, bunun yeganə yolu İran xalqının etimadını qazanmaqdır.

Qalibafın sözlərinə görə, ABŞ İran xalqı qarşısında borcludur və bu günə qədər etdiklərini “kəffarə etməsi” üçün hələ çox iş görməlidir.

“Əgər siz müharibəni seçsəniz, biz döyüşəcəyik; əgər ağıl və məntiqlə gəlsəniz, biz də ağıl və məntiqlə cavab verəcəyik. Heç bir təhdid qarşısında geri çəkilməyəcəyik. Əgər onlar yenidən bizim iradəmizi sınamaq istəsələr, onlara daha ağır dərs verəcəyik”, - deyə o vurğulayıb.

İran parlamentinin spikeri əlavə edib ki, təhdidlər İran xalqına heç bir təsir göstərmir. Onun sözlərinə görə, Tehran bunun sadəcə şüar olmadığını praktikada sübut edib və bütün dünya bunu öz gözləri ilə görüb.

Qalibaf həmçinin bildirib ki, İran xalqı 47 ildən artıq inqilab dövründə – istər döyüş meydanlarında, istər iqtisadi sanksiyalar, istərsə də siyasi təzyiqlər şəraitində – heç vaxt təhdid qarşısında geri çəkilmədiyini dəfələrlə nümayiş etdirib.

 

Musavat.com

Seçilən
23
musavat.com

1Mənbələr