AZ

2026-cı ilin ən yaxşı 10 benzin avtomobili açıqlandı

Müəllif:Mehin Qasımova,Banco.az

Elektrikli nəqliyyat vasitələrinin bazarda sürətlə yayılmasına baxmayaraq, benzin mühərrikli avtomobillərə maraq hələ də yüksək olaraq qalır. Bu fonunda mütəxəssislər mövcud modelləri geniş şəkildə sınaqdan keçirərək 2026-cı ilin ən yaxşı benzin avtomobillərini müəyyən ediblər.

Banco.az xəbər verir ki, avtomobil dünyasının nüfuzlu platformalarından biri olan "WhatCar?" 2026-cı ilin ən uğurlu 10 benzinlə işləyən avtomobilini müəyyən edib.

What Car? ekspertlərinin apardığı qiymətləndirmə zamanı avtomobillər etibarlılıq, komfort, daxili məkan və sürücülük performansı kimi əsas meyarlar üzrə analiz olunub.

Aparılan testlərin nəticəsinə əsasən, "Kia Sportage" 2026-cı ilin ən yaxşı benzin avtomobili seçilib.

Ekspert rəylərinə əsasən siyahı belədir:

  1. Kia Sportage
  2. BMW X7
  3. Volvo XC40
  4. Volkswagen T-Roc
  5. Skoda Superb Estate
  6. BMW 4 Series Coupe
  7. SEAT Ibiza
  8. Porsche 911
  9. Volvo XC90
  10. Mercedes-Benz CLE Cabriolet

Mütəxəssislərin fikrincə, elektrikli avtomobillərin yüksəlişinə baxmayaraq, benzin mühərrikli modellər hələ də etibarlılıq və praktik istifadə baxımından bazarda güclü mövqeyini qoruyur.

Seçilən
20
1
banco.az

2Mənbələr