AZ

İstirahət günlərində cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb

İstirahət
Aprelin 11-12-də ölkə ərazisində çoxsaylı cinayət faktlarının üstü açılıb. 1news.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, qeyd olunan tarixlərdə qeydə alınan 83, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 57 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib ki, onlardan 31-i borclu şəxs qismində axtarışda olub. Bundan başqa, narkotiklərlə əlaqəli 27 fakt, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb.

Seçilən
31
49
1news.az

10Mənbələr