AZ

Cinayətdə şübhəli bilinən 73 nəfər saxlanılıb

Aprelin 11-də və 12-də ölkə ərazisində qeydə alınan 83, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. 

 “İki sahil” xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 57, o cümlədən borclu şəxs qismində axtarışda olan 31 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 27, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb.

Seçilən
31
49
ikisahil.az

10Mənbələr