AZ

Quba sakini bıçaqlanıb, qardaşı tutulub

Quba rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın bölgə müxbirinin məlumatına görə, hadisə aprelin 12-də Timiryazev qəsəbəsi ərazisində qeydə alınıb. Qəsəbə sakini, əvvəllər məhkum olunmuş 37 yaşlı Şaval Ağayev münaqişə zəminində qardaşı, əvvəllər məhkum olunmuş 38 yaşlı Təhməz Ağayevə bıçaqla döş qəfəsindən xəsarət yetirib.

Əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xanım Məmmədova

Seçilən
14
10
apa.az

10Mənbələr