AZ

İran Dünya Kubokundan imtina etsə, nə olacaq? FİFA dan açıqlama

ain.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) İran milli komandasının 2026-cı il Dünya Kubokundan imtina edəcəyi təqdirdə qitələrarası pley-off oyunlarının təşkilini nəzərdən keçirir.

Yeniavaz.com xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.

Məlumata görə, Yaxın Şərqdəki gərgin vəziyyətlə əlaqədar İran Dünya Kubokunda iştirak etməyə bilər. Bu halda, vəsiqə qazana bilməyən komandalar vəsiqə qazanmaq şansına sahib olacaqlar.

Asiya Futbol Konfederasiyasından (AFC) və Avropa Futbol Assosiasiyaları İttifaqından (UEFA) iki komandanın potensial pley-off mərhələsində iştirak etməsi gözlənilir.

Beləliklə, həlledici seçmə oyununda Bosniya və Herseqovinaya məğlub olan İtaliya millisi Dünya Kubokuna vəsiqə uğrunda mübarizə aparmaq üçün daha bir fürsət əldə edə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
yeniavaz.com

2Mənbələr