AZ

I rübdə 6,6 milyon ton neft, 12,6 milyard kubmetr təbii qaz hasil edilib

Bakı. Trend:

2026-cı ilin yanvar-mart ayları üzrə operativ məlumatlaraəsasən, respublikada 6,6 milyon ton neft (kondensatla birlikdə)hasil edilib. Hasilatın 3,9 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin,0,9 milyon tonu “Şahdəniz”in, 0,1 milyon tonu “Abşeron” yatağınınpayına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,7milyon ton təşkil edib.

Bu barədə Trend-ə Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu dövrdə 5,2 milyon ton neft (kondensatlabirlikdə) ixrac olunub. Bunun 4,8 milyon tonu konsorsiumların, 0,3milyon tonu SOCAR-ın, 0,1 milyon tonu isə JOCAP-ın payınadüşüb.

Qeyd edək ki, bu ilin 1-ci rübündə xam neft hasilatı ortahesabla gündəlik 61 min ton (450 min barrel), kondensat hasilatı 13min ton (105 min barrel) təşkil edib. Ümumilikdə neft hasilatı ortahesabla gündəlik 74 min ton (555 min barrel) olub.

Hesabat dövründə neftin emalı 1,4 milyon ton təşkil edib.

2026-cı ilin yanvar-mart aylarında ölkədə 12,6 milyard kubmetrtəbii qaz hasil edilib. Hasil edilmiş qazın 3,5 milyard kubmetri“Azəri-Çıraq-Günəşli”nin, 6,9 milyard kubmetri “Şahdəniz”in, 0,4milyard kubmetri “Abşeron” yatağının, 1,8 milyard kubmetri isəSOCAR-ın payına düşüb.

Bu dövrdə xaricə qaz ixracı 6,5 milyard kubmetr təşkil edib.Bunun 3 milyard kubmetri Avropanın, 2,4 milyard kubmetri Türkiyənin(o cümlədən TANAP-la 1,5 milyard kubmetr), 0,8 milyard kubmetriGürcüstanın, 0,3 milyard kubmetri isə Suriyayanın payına düşüb.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismaraveriləndən 1 aprel 2026-cı il tarixinədək 675 milyon tona yaxınneft (qaz kondensatı ilə birlikdə), 519 milyard kubmetr qaz hasiledilib. “Azəri-Çıraq-Günəşli”dən 621,7 milyon ton neft, 247,4milyard kubmetr qaz, “Şahdəniz”dən isə 53,3 milyon tona yaxınkondensat, 271,6 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə 673milyon ton neft, 196,5 milyard kubmetr qaz ixraca nəql edilib.

Seçilən
12
14
az.trend.az

10Mənbələr